XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Keçmiş Böyük Britaniya çempionuna 6 il həbs cəzası verilib
İdman 20:08 / 27.03.2025

Böyük Britaniyanın keçmiş super orta çəkidə çempionu Lennoks Klark narkotik ticarətinə qarışdığı üçün 6 il azadlıqdan məhrum edilib. 33 yaşlı boksçu narkotik alverçilərinə tədarük edərkən şübhə altına düşüb və ölkədən qaçaraq bir müddət İrlandiya, Tailand və Meksikada gizlənib. Britaniyaya qayıdanda dərhal həbs olunub. Klark karyerasında 23 döyüş keçirib, 20 qalibiyyət və 2 məğlubiyyət alıb, son döyüşündə isə Mark Heffrona məğlub olub.


11244 oxunub

InvestAZ