XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Sumqayıt" basketbol komandasının baş məşqçisi: "Məqsədimiz pley-offa vəsiqə qazanmaqdır"
İdman 12:57 / 27.03.2025

Məqsədimiz pley-offa vəsiqə qazanmaqdır.

Bunu "Sumqayıt" basketbol komandasının baş məşqçisi Vadim Kuramşın deyib.

Klubun mətbuat xidmətinə müsahibə verən mütəxəssis mövsümün gedişində baş məşqçi təyin olunması ilə bağlı danışıb:

"Hər şeydən əvvəl mənə etimad göstərən klub rəhbərliyinə təşəkkür edirəm. Hərçənd bu vəzifəyə gələndə komanda B qrupunda sonuncu pillədə idi. İndi isə inamla turnir cədvəlinin ortasında qərarlaşmışıq. Topladığımız xallar və qazandığımız qələbələr çox yaxşı kollektiv olduğumuzu göstərir. Baş məşqçi təyin olunduqdan sonra heyətdə yer alanlegionerlərin hamısınıdəyişdim. Təəssüf ki, transfer əməliyyatını limit problemi ilə üzləşdiyimizə görə sona qədər başa çatdıra bilmədim. İndi sərəncamımda cəmi 4 legioner var. Halbukibeşincini də gətirə bilərdik. Sizi əmin edirəm, bunu etsəydik, qrupda ilk pillə uğrunda mübarizə aparardıq".

O, "Sumqayıt"ı ötən mövsümlə müqayisə edib:

"Bu komanda daha yaxşı təsir bağışlayır. Məncə, indiki heyət daha güclüdür. Amma ötənilki kollektivdən Roderik Smiti indi sıralarımızda görmək istəyərdim. Onun yeri görünür. Smit çempionata damğa vuran oyunçulardan idi. Təəssüf ki, buraya qayıtmadı və karyerasını Meksikada davam etdirmək qərarına gəldi".

Baş məşqçi Azərbaycan Basketbol Liqasının ən məhsuldar komandası olmaları barədə də fikirlərini bölüşüb:

"Oyunda yüksək xallar toplamağı bacarırıq. Amma istərdik ki, yaxşı da müdafiə olunaq. Bu yöndə problemlərimiz var. Amma bunun da səbəbləri məlumdur. Ən əsası legionerləri rotasiya edə bilmədiyimizdən belə çətinliklə üzləşirik. Pley-in mərhələsində hansı komanda ilə qarşılaşacağımız elə də böyük önəm kəsb etməyəcək. Məqsəd qalib gəlib pley-offa çıxmaqdır".


11780 oxunub

InvestAZ