XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz Avropa çempionatının əsas mərhələsində ikinci oyununa çıxacaq
İdman 10:04 / 27.03.2025

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

VII qrupda yer alan İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv meydan sahibləri Xorvatiya ilə üz-üzə gələcək.

Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, U-19 ötən gün Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub.


11735 oxunub

InvestAZ