XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Rusiya Futbol İttifaqı komandaların turnirlərə neytral statusda qayıtmasını istəmir
İdman 18:01 / 27.03.2025

Rusiya Futbol İttifaqı komandaların beynəlxalq turnirlərə neytral statusda qayıtmasını istəmir.

Bu barədə qurumun prezidenti Aleksandr Dyukov "Match TV"yə açıqlamasında bildirib.

"Neytral statusda və neytral meydanlarda çıxış etmək istəyirik? Biz öz bayrağımız altında və himnimizlə mübarizə aparmaq niyyətindəyik", - deyə A.Dyukov vurğulayıb.

Qeyd edək ki, Rusiya komandalarının beynəlxalqturnirlərdə iştirakının bərpası ilə bağlı UEFA və FIFA-da müzakirələr davam edir. 2022-ci ildən Ukrayna ilə müharibə səbəbindən sözügedən ölkənin təmsilçiləri yarışlara buraxılmır.


10609 oxunub

InvestAZ