XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Braziliya millisinin baş məşqçisi istefaya göndərilib
İdman 10:58 / 28.03.2025

Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi Dorival Junior tutduğu vəzifədən azad edilib.

Bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti xəbər yayıb.

"Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF onun əvəzləyicisini axtaracaq”, - məlumatda deyilir.

Juniorun qovulması 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliyanın Argentinaya böyükhesablı (1:4) məğlubiyyəti ilə bağlıdır. Braziliya hazırda turnircədvəlində dördüncü yerdədir.

Qeyd edək ki, 62 yaşlı mütəxəssislə müqavilə 2024-cü il yanvarın 8-də imzalanıb və müddəti 2026-cı il dekabrın 31-nə kimi olub.


10726 oxunub

InvestAZ