XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Almaniyalı mütəxəssis siyahıda ikincidir
İdman 18:50 / 28.03.2025

Hans-Diter Flik "Barselona" tarixində 10-dan çox oyun keçirmiş baş məşqçilər arasında qalibiyyət faizinə görə ikinci pillədə qərarlaşıb.

Bu barədə "Opta Sport" məlumat yayıb.

O, buna komandanın La Liqanın XXVII turundan təxirə salınmış matçında "Osasuna"nı məğlub etməsi (3:0) sayəsində nail olub.

Almaniyalı mütəxəssisin Kataloniya təmsilçisində qələbə faizi (44 oyun, 33 qalibiyyət) 75-ə bərabərdir. O, bu göstəricidə Tito Vilanova ilə birlikdə ikincidir.

Klub tarixində qələbə faizinə görə ilk pillədə Luis Enrike (76,24 faiz) yer alıb.

Qeyd edək ki, "Barselona" La Liqada 28 turdan sonra 63 xalla liderdir.


10763 oxunub

InvestAZ