XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tovuz şəhər stadionunda inşa olunan əsas korpusun açılışı olub
İdman 17:39 / 28.03.2025

Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasınıntexniki-idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondununicraçı direktoru Tural Piriyev, "Turan Tovuz”unİdarə Heyətinin sədri Ehtiram Quliyev,İdarə Heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən qərb təmsilçisinin rəhbəri Ehtiram Quliyev Tovuzda futbolun irsi olduğunu bildirib.

Daha sonra tədbir iştirakçıları inzibatı binanın içərsinə dəvət olunublar. Burada onlara yaradılan şəraitlə bağlı məlumat verilib

Qeyd olunub ki, binanın ümumi sahəsi3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tennis, bilyard, videooyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb. Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.


11045 oxunub

InvestAZ