XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yığmamızın heyəti açıqlandı
İdman 18:53 / 28.03.2025

Qadınlardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində Litvaya və Monteneqroya qarşı keçiriləcək səfər oyunları üçün heyəti müəyyənləşib.

Komanda martın 31-də Litvanın paytaxtı Vilnüsə yollanaraq, təlim-məşq toplanışına orada başlayacaq.

Siyasət Əsgərovun yetirmələri C Liqasının IV qrupu çərçivəsində aprelin 4-də, Bakı vaxtı ilə saat 19:30-da, Vilnüsdəki "Jalgiris” stadionunda Litva yığması ilə, aprelin 8-də, Bakı vaxtı ilə saat 20:00-da Nikşiç şəhər stadionunda Monteneqro seçməsi ilə qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını və onların klublarını təqdim edirik:

Aytac Şərifova - "Hakkarigücü" (Türkiyə),

Nərgiz Əliyeva - "Fatih Vətən" (Türkiyə),

Günay İsmayılova - "Neftçi",

Nigar Mirzəliyeva - "Zenit" (Rusiya),

Manə Mollayeva - "Neftçi",

Fidan Cəfərova - "Neftçi",

Yeliz Acar - "Fatih Vətən" (Türkiyə),

Kamilla Məmmədova - "Dirçəliş",

Firəngiz Teymurova - "Neftçi",

Jalə Məhsimova - "Amedspor" (Türkiyə),

Peritan Bozdağ - "Fatih Vətən" (Türkiyə),

Nazlıcan Parlak - "Qalatasaray" (Türkiyə),

Coşqunə Əliyeva - "Neftçi",

Sevinc Cəfərzadə - "Krasnodar" (Rusiya),

Ayşən Əhmədova - "Ünyespor" (Türkiyə),

Alina Dorofeyeva - "Rubin" (Rusiya),

Diana Məmmədova - "Rubin" (Rusiya),

Ayşən Salamzadə - "Neftçi",

Xanım Əsədova - "Neftçi",

Sona Rəhimova - "Neftçi",

Aysun Muradova - "Gölbaşı Belediye Spor" (Türkiyə),

Esra Manya - "Fatih Vətən" (Türkiyə),

Alina Nəhmədova - "Neftçi".


10430 oxunub

InvestAZ