XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov gimnastikanın inkişafı ilə bağlı beynəlxalq görüş keçirib
İdman 18:35 / 01.04.2025
Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) "Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə gimnastikanın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə edilib. Tərəflər həmçinin Azərbaycan və FIG-nin "Gimnastika hamı üçün” Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə FIG-nin "Gimnastika hamı üçün” Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri də iştirak ediblər.

17248 oxunub

InvestAZ