XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Kəpəz" – "Səbail" oyunu bərabərliklə başa çatdı
İdman 18:14 / 30.03.2025

Misli Premyer Liqasının XXVIII turunda "Kəpəz" "Səbail"lə qarşılaşıb.

Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşdə hesabı gəncəlilər açıb. Fasiləyə dörd dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. "Dənizçilər"i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.

Qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.


14487 oxunub

InvestAZ