XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqası: 2025-ci ilin ən məhsuldar turu
İdman 12:20 / 31.03.2025

Misli Premyer Liqasının XXVIII turu 2025-ci ilin ən məhsuldar turu olub.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən verilən məlumata görə, 5 oyunda 18 qol vurulub.

"Sumqayıt” – "Sabah” (3:3) matçında 6, "Turan Tovuz” – "Qarabağ” (1:4) oyununda 5, "Zirə” – "Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb. "Neftçi” – "Araz-Naxçıvan” və "Kəpəz” – "Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. X turda da 18 qol qeydə alınıb.

Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdur. XXVIII tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.


14615 oxunub

InvestAZ