XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Kubokunun yarımfinal matçlarının biletləri satışa çıxarıldı
İdman 14:56 / 31.03.2025

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” - "Sabah” matçının biletləri satışa çıxarılıb.

"Neftçi” klubunun mətbuat xidmətindən verilən məlumata görə, biletlərin qiymətləri sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manat təşkil edir. Futbol azarkeşləri biletləri "iticket.az” platformasından və matçın oynanılacağı "Neftçi Arena”nın kassalarından əldə edə bilərlər. Qarşılaşma aprelin 2-də saat 19:30-da baş tutacaq.

Yarımfinal mərhələsinin digər oyununda "Qarabağ” və "Araz-Naxçıvan” komandaları üz-üzə gələcək. Bu matç da 2 aprel tarixində saat 17:00-da "Liv Bona Dea Arena”da keçiriləcək.

Qeyd edək ki, cavab görüşləri 23 aprel tarixində oynanılacaq.


15209 oxunub

InvestAZ