XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan idmançıları Gimnaziada İdman Oyunlarında iştirak edəcək
İdman 12:01 / 01.04.2025

Aprel 4-14-dək Serbiya ISF U-15 Gimnaziada İdman Oyunları keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan komandası yarışda 18 idman növündə 192 idmançı ilə təmsil olunacaq.

Azərbaycan idmançıları bu mühüm yarışda idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) kimi idman növlərində mübarizə aparacaq. 

Yarışların açılış mərasimi aprelin 5-də, bağlanış mərasimi isə aprelon 12-də Zlatibor şəhərində keçiriləcək. 



15650 oxunub

InvestAZ