XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Norveç futbolunda qeyri-adi mükafat - dörd kletka yumurta i
İdman 01:22 / 01.04.2025
Norveç çempionatında keçirilən "Bryne" – "Bodo Qlimt" qarşılaşmından sonra maraqlı yaşanıb. Belə ki, "Bryne" klubunun qapıçısı Jan de Boer oyun zamanı inanılmaz performans nümayiş etdirərək komandasını bir çox təhlükəli qol epizodlarından xilas edib. Onun əla çıxışı oyunun sonunda  mükafatlandırılıb. 
Günün ən yaxşı oyunçusu seçilən de Boer gözlənilməz bir hədiyyə alıb – 4 kletka yumurta! Norveç futbolunda bənzərsiz mükafat sistemlərindən biri olan bu jest, sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəzi azarkeşlər bunu zarafatla qarşılayaraq "Jan de Boer indi səhər yeməyi üçün problem yaşamayacaq" şərhlərini yazıblar.
Qapıçı isə mükafatı təbəssümlə qəbul edərək, "Mənim üçün əsas olan komandanın uğurudur. Amma indi, deyəsən, yaxşı omlet hazırlamaq vaxtıdır!" – deyə bildirib.

17192 oxunub

InvestAZ