XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mark-Andre Ter Ştegen məşqlərə başlayıb, amma ÇL-də oynaya bilməyəcək
İdman 21:55 / 31.03.2025

"Barcelona" klubunun əsas qapıçısı Mark-Andre Ter Ştegen uzun fasilədən sonra yenidən komanda ilə məşqlərə başlayıb. Alman qolkiperin zədəsini tam sağaltdığı və fiziki vəziyyətinin yaxşı olduğu bildirilir.

Buna baxmayaraq, Ter Ştegen UEFA Çempionlar Liqasının qalan oyunlarında iştirak edə bilməyəcək. Buna səbəb, "Barcelona"nın ÇL-in əsas mərhələləri üçün onun yerinə Voyçex Şesnini siyahıya daxil etməsidir.

Bu vəziyyət La Liqa yarışlarında Ter Ştegenin əsas heyətə qayıtmasına şərait yaratsa da, Çempionlar Liqasında komandaya kömək edə bilməyəcək


17095 oxunub

InvestAZ