XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan gimnastları "AGF Trophy" turnirində 14 medal qazanıblar
İdman 23:57 / 03.03.2025

Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turniri başa çatıb. Yarışın sonuncu günündə Azərbaycan gimnastları daha iki medal əldə ediblər.

Bədii gimnastika üzrə böyüklərdən ibarət milli komandanın üzvləri Kamilla Seyidzadə top proqramında gümüşZöhrə Cəfərovaisə lentlərlə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Bu nəticə ilə Azərbaycan təmsilçilərinin ümumi medal sayı 14-ə çatıb.

Üç gün davam edən turnirdə 16 ölkədən 68 fərdi gimnast və 14 qrup hərəkətləri komandası iştirak edib. Azərbaycan idmançılarının qazandığı medallar ölkənin bədii gimnastika sahəsindəki uğurlarının növbəti göstəricisi olub.



10960 oxunub

InvestAZ