XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarına lisenziya qazandı
İdman 12:17 / 30.03.2025

Azərbaycanfiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. İdmançımızbu uğuraABŞ-ın Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

O, qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 idmançı arasında 15-ci yeri tutaraq Olimpiadada iştirak hüququ əldə edib.

Yarışda çıxış edən Azərbaycanın digər təmsilçiləri Nərgiz Süleymanova və buz üstündə rəqs idman növü üzrə yarışan cütlük Samanta Ritter və Daniel Brikalov isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.


19332 oxunub

InvestAZ