XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Real" çempionluq uğrunda vacib üç xal qazandı
İdman 02:08 / 30.03.2025

Futbol üzrə İspaniya La liqasında 29-cu turun oyunları davam edir. Turnir cədvılinin ikinci pilləsində qərarlaşan "Real Madrid" klubu doğma meydanda "Leganes"lə qarşılaşıb. Çempionluq uğrunda mübarizə aparan "Kral Klubu" oyunda əzmkar qələbə qazanıb -3:2. 

Oyunda hesabı 32-ci dəqiqədə Madrid təmsilçisinin hücumçusu Mbappe açıb. Lakin qonaqlar iki dəqiqə sonra hesabdakı tarazlığı bərpa edib. Qarsia dəqiq zərbə ilə fərqlənib. İlk yarının 41-ci dəqiqəsində isə Raba "Leqanes"i hesabda önə çıxarıb. Lakin qonaqlar qələbə hesabını qoruya bilməyiblər. İkinci hissədə Bellingem (54) və Mbappenin (76) vurduğu qollar "Real"a 3:2 hesablı qələbə qazandırıb. 

Bu qələbə ilə "Real Madrid" klubu turnir cədvəlində 63 xalla "Barselona"dan sonra ikinci pillədə qərarlaşıb. "Leganes" isə 27 xalda qalıb.


18133 oxunub

InvestAZ