XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Juventus" İgor Tudor ilə yeni dönəmə 3 xalla başladı
İdman 23:37 / 29.03.2025

"Juventus" klubu yeni baş məşqçisi İgor Tudorun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Turin təmsilçisi İtaliya A Seriyasının 30-cu turu çərçivəsində keçirilən qarşılaşmada doğma meydanda "Cenoa"nı minimal hesabla məğlub edib -1:0. 

Matçda yeganə qolu 18 yaşlı türkiyəli futbolçu Kenan Yıldız vurub. "Qoca sinyora" bu qələbə ilə 55 xalla 5-ci sırada yer alır və 4-cü pillədəki "Bolonya" klubundan yalnız 1 xal geri qalır.

Yeni baş məşqçi İgor Tudorun "Yuventus" komandasına rəhbərlik etdiyi ilk oyunda əldə etdiyi qələbə Turin klubunun əhvalını yüksəldib və gələcək oyunlar üçün ümidləri artırıb. "Juventus" son dövrlərdəki uğursuz nəticələrini geridə qoymağa çalışır və bu qələbə çempionatın sonlarına yaxın mövqeyini gücləndirmək üçün vacib addım olub.



17481 oxunub

InvestAZ