XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Haalandın qeyri-adi sevinci maskotun beyin sarsıntısı ilə nəticələndi
İdman 23:20 / 29.03.2025
"Mançester Sit"nin ulduz hücumçusu Erling Haaland komandasının son oyunundakı qeyri-adi bir hadisə ilə gündəmə gəlib. Belə ki, norveçli hücumçu matçın sonunda sevinərkən, komandası ilə birlikdə bayram edən maskotun başına kəllə ilə vurub. Bu qeyri-adi hərəkət nəticəsində kostyumun içindəki qadın maskot beyin sarsıntısı keçirib.
Mənbələrə görə, Haaland sevincini maskotla paylaşmağa çalışarkən, təsadüfən başına zərbə vurub. Hadisənin ardından maskot dərhal tibbi nəzarətə alınıb və xəstəxanaya aparılıb. Tibb heyəti, maskotun vəziyyətini müsbət olaraq qiymətləndirib və vəziyyəti stabilləşib.

"Şəhərlilər"in rəhbərliyi hadisə ilə bağlı üzr istəyib və Haalanda maskotla əlaqə quraraq baş verənləri izah etməsi üçün təlimat verib. 

6167 oxunub

InvestAZ