XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Samir Abbasov: "Bu gün bəxtimiz gətirmədi"
İdman 20:42 / 29.03.2025
"Şansları dəyərləndirməyib, xal itirməyimiz məyusedicidir".
Bu sözləri, "Neftçi" klubunun baş məşqçi Samir Abasov "Araz-Naxçıvan” ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, üstün olduqlarına baxmayaraq oyunda qalib gələ bilmədikləri üçün təəssüfləndiyini qeyd edib.
"Üstünlük bizim tərəfimizdə idi. Hətta ikinci hissədə rəqibə qol epizodu vermədən 2 dəfə yüz faizlik şansı qaçırdıq. Əfsuslar olsun ki, həmin epizodlarda son nöqtəni qoya bilmədik. Bu gün bir neçə dəfə bəxtimiz gətirmədi. 4-5 qol epizodu yaratmaq bizim yaxşı tərəfimizdir, amma şansları boşa verib xal itirmək bizi məyus edir. "Sabah”la kubok matçımıza gəlincə, ilk oyunu evdə keçirəcəyik. Düzdür, itkilərimiz çoxdur, bununla belə, qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”, - deyə Samir Abbasov bildirib.

16850 oxunub

InvestAZ