XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Futzalçılarımız Avropa çempionatının əsas mərhələsini məğlubiyyətlə başa vurdular
İdman 21:01 / 29.03.2025

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib.

Xorvatiyada təşkil olunan turnirdə millimiz Türkiyə ilə qarşılaşıb. Omiş şəhərindəki Ribnyak İdman Sarayında keçirilən matçda rəqibin 3:1 hesablı qələbəsi qeydə alınıb.

Əvvəlki oyunlarda Azərbaycan komandası Bosniya və Herseqovinaya 2:10 hesabı ilə uduzub, Xorvatiya ilə isə 3:3 hesabı ilə bərabərə qalıb. 


15890 oxunub

InvestAZ