XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



La Liqa prezidenti ilə Ançelotti arasında gərginlik artır
İdman 20:19 / 29.03.2025

La Liqa prezidenti Xavyer Tebas ilə "Real Madrid”in baş məşqçisi Karlo Ançelotti arasında gərginlik durmadan artır.

Leganes ilə qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Ançelotti Tebasın "Real Madrid”ə qarşı münasibətini tənqid edib:

"Mən artıq Tebasın "Real Madrid” ilə bağlı vəsvəsəsini bilirdim, amma onun məşqçi olmaq istədiyini bilmirdim. Dediyim kimi, işlərinə daha çox diqqət yetirməlidir. O, "Real Madrid”ə və məşqçilərə hörmətsizlik edir”.

Ançelottinin bu sözləri böyük rezonansa səbəb olub və Tebas italiyalı baş məşqçiyə X (Twitter) sosial şəbəkəsində Ançelottinin keçmiş açıqlamalarını xatırladaraq cavab sərt verib:

"Sabahınız xeyir, maraqlı ifadələr...” – deyə Tebas yazıb və Ançelottinin əvvəlki bəyanatlarını gündəmə gətirib:

Everton dövrü: "Şəxsən üç dəyişikliyin oyunu dəyişdirmək üçün kifayət edəcəyinə inanırdım. Beş əvəzetmə oyun intensivliyinə təsir edə bilər."

Qeyd edək ki, Karlo Ançelotti və Xavyer Tebas arasında yaranan gərginlik əsasən matçların sıx cədvəli və oyunçuların istirahət vaxtı ilə bağlı fikir ayrılığından qaynaqlanır.

Ançelotti, oyunçuların performansına mənfi təsir göstərməmək üçün komandasının 72 saatdan az istirahət müddəti ilə matçlara çıxmasını istəmədiyini bildirib.


13952 oxunub

InvestAZ