XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastlarımız beynəlxalq turnirin finalına vəsiqə qazandılar 
İdman 22:25 / 28.03.2025

Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir davam edir.

Milli Gimnastika Arenasında təşkil edilən ilk yarış günündə 16 ölkədən idmançılar medallar uğrunda mübarizə aparıblar.

Onlar halqa, top və lent proqramlarında məharətlərini nümayiş etdiriblər.

Azərbaycan təmsilçilərindən gənclər arasında Şəms Ağahüseynova və Ayla İbrahimova toplarla, Azadə Atakişiyeva ilə Nur Sadıqova halqalarla hərəkətlərin icrasında finala yüksəliblər.

Böyüklərin mübarizəsində isə İlona Zeynalova halqa, Kamilla Seyidzadə top, Zöhrə Cəfərova həm top, həm halqa proqramında həlledici mərhələyə vəsiqə qazanıb.

Final mərhələsinin yarışları turnirin son günündə - martın 30-da keçiriləcək.


13874 oxunub

InvestAZ