XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar adaptiv cüdo turniri keçirilir
İdman 17:20 / 18.03.2025

Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ilk dəfə adaptiv cüdo turniri keçirilir.

Yarışda 20-yə yaxın Daun sindromlu cüdoçu medallar uğrunda mübarizə aparır.

Qeyd edək ki, 2024-cü ilin iyul ayından etibarən ACF tərəfindən həyata keçirilən "Adaptiv Cüdo" layihəsi Daun sindromlu, autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların idman vasitəsilə sosial inteqrasiyasını təşviq etməyi hədəfləyir. Layihənin əsas məqsədi cüdonun əsas dəyərlərini aşılamaqla fiziki aktivliyi və əqli sağlamlığı inkişaf etdirmək, eyni zamanda, uşaqların özünəinam hissini artırmaqdır.


14467 oxunub

InvestAZ