XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF məşqçilər üçün kurs təşkil edib
İdman 11:46 / 19.03.2025

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən FIVB-nin "Volleyball Empowerment" proqramı çərçivəsində məşqçilər üçün kurs təşkil olunub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan dərslər məşqçilərin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

Üç mərhələdən ibarət kurs AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme və statistika üzrə təlimatçı Faruk Kaymak tərəfindən keçirilir.

18 nəfərin qatıldığı təlimlərin yekununda hər üç mərhələdə iştirak edən və imtahandan uğurla keçəcək mütəxəssislərə sertifikatlar təqdim olunacaq.


14800 oxunub

InvestAZ