Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsində son oyununu keçirib. B Liqasının 2-ci qrupunda yer alan yığma, Malta ilə qarşılaşıb. "ASCO Arena"da keçirilən matçda rəqib 2:0 hesabı ilə qalib gəlib.
Portuqaliyalı baş hakim Filipa Pereyra Kunya tərəfindən idarə olunan qarşılaşmada, qrupun digər oyununda Bolqarıstan Lüksemburqu 4:0 hesabı ilə məğlub edib. Bolqarıstan 6 xalla qrup qalibi olub, Azərbaycan komandası isə 3 xalla sonuncu yeri tutub.