XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zubir 300-ə çatdı
İdman 12:36 / 17.03.2025

 "Qarabağ”ın futbolçusu Abdullah Zubir komandada 300-cü oyununu keçirib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib.

O, "Kəpəz”lə səfər görüşünün (0:0) 61-ci dəqiqəsində meydana çıxıb. 33 yaşlı legioner Ağdam klubunda keçirdiyi 300 matçda 66 qola imza atıb.

Zubir 2018/2019-cu illər mövsümündən "Qarabağ”da forma geyinir. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının "Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) gerçəkləşib. Abdullah 7 il ərzində 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok qarşılaşmasında iştirak edib.


14019 oxunub

InvestAZ