XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük Dəbilqə” turnirində 12 cüdoçumuz qüvvəsini sınayacaq
İdman 15:56 / 14.03.2025

Martın 21-23-üaralığında Gürcüstanın paytaxtı Tbilisidəki "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Bu barədəAzərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Ölkəmiz yarışda 8 çəki dərəsində 12 cüdoçu(8 kişi, 4 qadın) ilə təmsil olunacaq.

Kişilərdən Hüseyn Allahyarov, Murad Muradlı (hər ikisi 60 kq), Rəşad Yelkiyev, Nazir Talıbov (hər ikisi 66 kq), Rüfət Şövlətov, Qədir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), Elmar Qasımov (100 kq), qadınlardan Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) tatamiyə çıxacaqlar.

Cüdoçulara turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, Akateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevyer alacaq.

Qeyd edək ki, üç gün davam edəcək turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.



11735 oxunub

InvestAZ