XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Neftçi" "Səbail"i məğlub edərək üç xal qazandı
İdman 18:07 / 16.03.2025

Misli Premyer Liqasında XXVII tur çərçivəsində daha bir oyun keçirilib. "Neftçi" klubu doğma meydanda "Səbail"i məğlub edib. "ASCO Arena”da keçirilən qarşılaşma Samir Abasovun rəhbərlik etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi"nin heyətində Filip Ozobiç (17) və "Elvin Camalov (29) fərqlənib. "Səbail"in yeganə qolunu isə 43-cü dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldən "Neftçi" turnir cədvəlində altıncı pillədə yer alıb. 18 xala malik "Səbail” isə sonuncu - 10-cudur.



15012 oxunub

InvestAZ