XƏBƏR LENTİ
19 İyul 2025
18 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025



Premyer Liqa: Günün ikinci oyunu da heç-heçə yekunlaşdı
İdman 21:53 / 15.03.2025

Futbol üzrə Misli Premyer Liqasının XXVII turun daha bir oyunu keçirilib. Günün ikinci oyununda "Sabah" və "Zirə" komandaları üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər. Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub. "Zirə” klubu 52 xalla turnir cədvəlində ikinci, "Sabah” isə 35 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" isə "Qarabağ"la (0:0) heç-heçəyə razılaşıb.


4908 oxunub

InvestAZ