XƏBƏR LENTİ
14 Mart 2025
13 Mart 2025
12 Mart 2025
11 Mart 2025



Yüksək Liqalarda növbəti turun proqramı müəyyənləşib
İdman 12:36 / 14.03.2025

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında XVI turun proqramı müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qadınların yarışında oyunlar martın 18-də təşkil olunacaq. UNEC - "Murov Az Terminal” və "Abşeron” - "Gəncə” matçları saat 16:00-da start götürəcək. Saat 18:00-da isə "Azərreyl" - "Milli Aviasiya Akademiyası” qarşılaşması başlayacaq. Birinci görüş UNEC-in idman zalında, digərləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Kişilərin mübarizəsində isə oyunlar martın 19-da keçiriləcək. "Xilasedici” - "Gənclər” matçı saat 16:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında başlayacaq.

Eyni saatdakı MOİK - "Murov Az Terminal" və 18:00-da start götürəcək "Azərreyl" - "Neftçi" görüşləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Yüksək Liqa yarışlarında XVI turun oyunları keçiriləcək
Yüksək Liqa (qadınlar)
18 mart
XVI tur
16:00. UNEC - "Murov Az Terminal”
Ünvan: UNEC VK-nın idman zalı
16:00. "Abşeron” - "Gəncə”
18:00. "Azərreyl" - "Milli Aviasiya Akademiyası”
Ünvan: GİN-nin Voleybol Mərkəzi

Yüksək Liqa (kişilər)
19 mart
XVI tur
16:00. "Xilasedici” - "Gənclər”
Ünvan: FHN-nin idman zalı
16:00. MOİK - "Murov Az Terminal”
18:00. "Azərreyl" - "Neftçi”
Ünvan: GİN-nin Voleybol Mərkəzi


68 oxunub

InvestAZ