XƏBƏR LENTİ
26 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



BOK prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib
İdman 19:10 / 13.03.2025

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

 

Məktubda deyilir:

 

"Hörmətli Prezident!

 

18 fevral 2025-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə bundan sonra da uğurlu fəaliyyət dövrü arzulayıram. 

 

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Milli Olimpiya Komitəsi (MOK) ilə səmərəli əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir. BOK Olimpiya Hərəkatının və Azərbaycanın idmançılarının maraqları naminə MOK-un missiyasını yerinə yetirməsinə və gündəlik fəaliyyətinə dəstək olmaq və kömək etmək üçün tam şəkildə hazırdır.

 

Bir daha ən xoş arzularımı bildirirəm.”

 

Səmimi qəlbdən,
Tomas Bax


12359 oxunub

InvestAZ