XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Luiş Nani: "Bakıya gəlmək mənə yaxşı təcrübə qazandıracaq"
İdman 20:09 / 12.03.2025

"Növbəti dəfə Azərbaycana gəldiyim üçün xoşbəxtəm". 

Bu sözləri portuqaliyalı keçmiş futbolçu Luiş Nani Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlaması zamanı deyib.

O, daha əvvəl də Azərbaycana səfər etdiyini xatırladıb: "Portuqaliya millisinin heyətində bura gəlmişdim. Amma Bakıda olan gözəl yerlərin tam olaraq şahidi olmamışdım. Bura gəlmək mənə yaxşı təcrübə qazandıracaq. Ümid edirəm ki, yenidən Azərbaycana səfər edəcəyəm. Hamınıza təşəkkür edirəm. Gözəl ölkədə və şəhərdə olmaq çox xoşdur”.


12844 oxunub

InvestAZ