XƏBƏR LENTİ
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Qadın güləşçimiz Avropa çempionu oldu
İdman 23:01 / 12.03.2025

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir. Bu gün qadın güləşi üzrə son medalçılar müəyyənləşib. Komandamızın üzvlərindən Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb -2:9. Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla qalib gələn Elnurə Avropa çempionu olub. Ruzanna Məmmədova (65 kq) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.



4923 oxunub

InvestAZ