XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: 1/4 finalın bütün iştirakçıları müəyyənləşdi
İdman 03:01 / 13.03.2025

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına yekun vurulub. 

İkinci oyun günündə daha dörd qarşılaşma təşkil olunub. "Atletiko” doğma meydanda "Real”la, "Lill” "Borussiya” ilə qarşılaşıb.

PSV səfərdə "Arsenal”ın, "Brügge” isə "Aston Villa”nın qonağı olub.

Keçirilən oyunlardan sonra "Barselona”, "PSJ”, "İnter” və "Bavariya”nın ardından "Real”, "Borussiya”, "Arsenal” və "Aston Villa” 1/4 finala vəsiqə qazanıb. 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.



UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

"Lill” (Fransa) - "Borussiya” (Dortmund, Almaniya) 1:2

İlk oyun - 1:1.

"Atletiko” (İspaniya) - "Real” (İspaniya) 1:0 (penaltilər seriyasında 2:4)

İlk oyun - 1:2.

"Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2

İlk oyun - 7:1.

"Aston Villa” (İngiltərə) - "Brügge” (Belçika) 3:0

İlk oyun - 3:1.


13796 oxunub

InvestAZ