XƏBƏR LENTİ
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025
03 Dekabr 2025



Osiyekdə bürünc medal
İdman 00:19 / 13.03.2025

Azərbaycan millisi Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığmamız üçüncü yeri tutub.

Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya kollektivinə16:14 hesabı ilə qalib gəliblər.

Yarışın qalibi Türkiyə yığması olub. Çexiya komandası isə gümüş medala sahib çıxıb.


9842 oxunub

InvestAZ