XƏBƏR LENTİ
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026



Salah La Liqa təmsilçisindən təklif gözləyir?
İdman 18:41 / 11.03.2025

"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirə bilər. Sport Diario xəbər verir ki, misirli futbolçunun agentləri Kataloniya klubundan təklif gözləyir. Salahın bu keçidi baş tutarsa, klub La Liqanın maliyyə tələblərini ödəyə bilməsi üçün onun maaşında ciddi endirim etməli olacaq. Məlumat üçün bildirək ki, Salah bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

 


14076 oxunub

InvestAZ