XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Lənkəranda “Qızlar Futzal Kuboku” keçiriləcək
İdman 13:04 / 11.03.2025

AFFA-nın təşkilatçılığı ilə Lənkəranda 14 yaşadək şagirdlər arasında "Qızlar Futzal Kuboku” keçiriləcək.

AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları baş tutacaq.

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə 15-16 mart tarixlərində təşkil ediləcək "Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.


16732 oxunub

InvestAZ