XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



U-23 Avropa çempionatında daha beş medal
İdman 22:49 / 10.03.2025

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Feerasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana 1:2 hesabıyla məğlub olub və U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Ağanəzər Novruzov (74 kq) həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşıb. İlk hissədə 0:5 geri düşən həmyerlimiz görüşün sonlarında fəallaşıb. Rəqibindən 4 xal almağı bacaran Novruzov minimal fərqlə məğlub olub və fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Arseniy Djioyev (86 kq) finalda fransalı Raxim Maqamadovla üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək dominant olan təmsilçimiz 9:2 hesablı qələbəylə Avropa çempionu olub və Tiranada himnimizi səsləndirib.

Sadiq Mustafazadənin (92 kq) bürünc medal uğrunda gürcüstanlı Sandro Kuraşviliylə qarşılaşması gərgin mübarizə şəraitində keçib. Rəqibini 5:3 hesabıyla üstələyən Sadiq bürünc medalı boynundan asıb.

Yusif Dursunov (125 kq) gündüz seansında baş tutan təsəlliverici görüşdə rusiyalı Artyom Puxovskini mübarizədən kənarlaşdırıb – 4:2. Həmyerlimiz axşam seansında isə türkiyəli Efe Ala isə "tuş”la qalib gələrək üçüncü yeri tutub.



15879 oxunub

InvestAZ