XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avarçəkənlər ölkə birinciliyində yarışacaqlar
İdman 11:26 / 10.03.2025

Martın 16-17-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yeniyetmə və gənclər arasında turnir Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Ölkə birinciliyində 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaq. 

İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafələrdə medal qazanmağa çalışacaqlar.

İlk dəfə ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarış keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaq. 


16047 oxunub

InvestAZ