XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Msili Premyer Liqası: Bu gün 26-cı turun daha iki oyunu keçiriləcək
İdman 11:19 / 09.03.2025

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. Günün ilk oyunu "Şamaxı" və "Sabah" komandaları arasında olacaq. Saat 15:00-da başlayacaq oyun Şamaxı şəhər stadionunda keçiriləcək. Bölgə təmsilçisi 24 xalla 7-ci, Bakı klubu isə 34 xalla beşinci sıradadır.

Günün ikinci matçında isə "Zirə" komandası "Səbail"lə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyunun start fiti 17:30-da səslənəcək. Qəsəbə təmsilçisi hazırda 48 xalla ikinci, "dənizçilər" isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib. 


15684 oxunub

InvestAZ