XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Sabah Chess Cup” rapid turnirinin qalibi müəyyənləşib
İdman 12:02 / 07.03.2025

"Sabah” Şahmat Akademiyasının 1 yaşının tamam olması münasibətilə keçirilən "Sabah Chess Cup” rapid turnirinin qalibi müəyyənləşib.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən verilən məlumata görə, maraqlı mübarizə şəraitində keçən turnirin qalibi Nicat Abasov olub.

Yarışda son ölkə çempionları Rauf Məmmədov, Günay Məmmədzadə, millinin üzvləri Gövhər Beydullayeva vəAvropa çempionu Qədir Hüseynov kimi digər tanınmış şahmatçılar da mübarizə aparıblar.

Turnirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və"Sabah” Şahmat Akademiyasının rəhbərliyi iştirak edib.

Müxtəlif kateqoriyalarda fərqlənən şahmatçılara diplom və pul mükafatları verilib.


15014 oxunub

InvestAZ