XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatında 6 boksçumuz iştirak edəcək
İdman 14:11 / 07.03.2025

Azərbaycanı Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçiriləcək dünya çempionatında 6 idmançı təmsil edəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Mundial martın 8-dən 16-dək keçiriləcək.

Qeyd edək ki, yarışa bu gün yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.


13733 oxunub

InvestAZ