XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqası: Bu gün daha üç oyun keçiriləcək
İdman 11:26 / 08.03.2025

Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün daha üç oyun baş tutacaq.

Əvvəlcə A qrupunda "Sabah” "Neftçi” ilə üz üzə gələcək.

"Sabah” hazırda 28 xalla qrup lideridir. Üçüncü olan "Neftçi”nin 24 xalı var.

B qrupunda isə "Quba” "Şəki”ni qəbul edəcək. "Şəki” hazırda 28 xalla ikinci yerdə qərarlaşıb. "Quba” isə 20 xalla beşincidir.

Hər iki görüş "Sərhədçi” İdman Mərkəzində baş tutacaq. "Sabah” - "Neftçi” matçı saat 12:30-da, "Quba” - "Şəki” qarşılaşması 16:00-da başlayacaq.

A qrupunda daha bir görüş isə Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək. "Abşeron” komandası "Sərhədçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 19:00-da səsləndiriləcək. "Abşeron” qrupda dördüncü, "Sərhədçi” isə beşinci yerdə qərarlaşıb. Hər iki komandanın 22 xalı var.

Qeyd edək ki, turun ötən gün keçirilən NTD - "Naxçıvan" matçı birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.


15261 oxunub

InvestAZ