XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya prezidenti III MDB Oyunlarında iştirak edəcək yığmalarla görüşüb
İdman 13:24 / 08.03.2025

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığmalarla görüşüb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilıib. Görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak ediblər.

Ş.Bağırov ilk olaraq qızlardan ibarət yığmanın oyunçularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var. O, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyətinin məhz qadın voleybolçularımızın adı ilə bağlı olduğunu bildirib.

AVF rəhbərihəmçinin qadınlardan ibarət əsas millinin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçuları və federasiyanın xanım əməkdaşlarını da 8 mart münasibətilə təbrik edib.

Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan prezident belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. Ölkəmizdə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandanın yarışda uğurlu çıxışına inamını ifadə edib.

Daha sonra hazırlıq prosesi ilə tanış olan Ş.Bağırov hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalara uğurlar arzulayıb.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr aralığındaGəncə, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndi şəhərlərində 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.


15291 oxunub

InvestAZ