XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası keçirilib
İdman 14:41 / 07.03.2025

Martın 7-də Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə növbəti iclası keçirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında cari məsələlərin müzakirəsindən sonra Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi keçirilib. Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyevə AOK-un "Olimpiya çələngi” mükafatını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib. 

Ağacan Abiyev AOK-un mükafatına görə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan qələbələr bundan sonra da uğurla davam edəcəkdir.

İclasda idmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Ağacan Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışmış və mükafat alması münasibətilə onun təbrik ediblər. 

Xatırladaq ki, "Şöhrət" və "Şərəf" ordenli mütəxəssis, bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat Azərbaycan MOK-un baş katibi Azər Əliyevə təqdim edilmişdi.


12111 oxunub

InvestAZ