XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri yekunlaşdı
İdman 13:06 / 06.03.2025

İctimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan qadınlararası beynəlxalq şahmat turnirinin bağlanış mərasimi keçirilib.

Tədbir iştirakçıları Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüblər, onun jurnalist, deputat, ictimai xadim kimi keyfiyyətlərindən bəhs ediblər.

Beynəlxalq Avrasiya Araşdırmaları İctimai Birliyinin rəhbəri Kəmalə Paşayeva bacısının həm də güclü şahmat həvəskarı olduğunu bildirib: "Gəncliyində onu məşhur şahmatçılara bənzədirdilər. Şahmatı çox sevirdi. Ona görə də bu turnir, burada qalib gələn qadınların uğuru onun ruhunu şad edəcək".

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov yarışla bağlı təəssüratlarını bölüşüb: "Tarixi bir bağlanış mərasimi oldu. Gələcəkdə hər kəs bu yarışın ilk dəfə harada yaranmasını xatırlayacaq”.

Sonda Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibləri mükafatlandırılıb. Rapid və blits üzrə təşkil edilən yarışın yekun nəticəsində Bolqarıstan təmsilçisi Nurgül Səlimova 25 xalla birinci yerə layiq görülüb. İki yarışın cəmində 22 xal toplayan Xanım Balacayeva ikinci yeri tutub. İlk "üçlüy”ü 20 xalla Gövhər Beydullayeva tamamlayıb.


16940 oxunub

InvestAZ