XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: Türkiyənin yeganə təmsçilçisi növbəti sınağına çıxır
İdman 10:05 / 06.03.2025

Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. Mərhələnin ilk oyunları çərçivəsində 8 qarşılaşma baş tutacaq. 

Türkiyə təmsilçisi "Fənərbağça” doğma meydanda Şotlandiyanın "Reyncers” klubu ilə qarşılaşacaq. İtaliyanın "Roma” klubu evdə İspaniya "Atletik”ini, İspaniyanın "Real Sosyedad” komandası isə İngiltərənin "Mançester Yunayted” klubu ilə üz-üzə gələcək.  

Mərhələnin dörd oyunu Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Digər dörd qarşılaşma isə saat 00:00-da start götürəcək. 

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

6 mart

21:45. AZ (Niderland) - "Tottenhem” (İngiltərə)

21:45. "Real Sosyedad” (İspaniya) - "Mançester Yunayted” (İngiltərə)

21:45. FCSB (Rumıniya) - "Lion” (Fransa)

21:45. "Fənərbağça” (Türkiyə) - "Reyncers” (Şotlandiya)

00:00. "Viktoriya” (Çexiya) - "Latsio” (İtaliya)

00:00. "Budyo Qlimt” (Norveç) - "Olimpiakos” (Yunanıstan)

00:00. "Ayaks” (Niderland) - "Anderlext” (Belçika)

00:00. "Roma” (İtaliya) - "Atletik” (İspaniya)



14436 oxunub

InvestAZ