XƏBƏR LENTİ
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: 1/8 finalın ilk oyunları başa çatdı
İdman 02:01 / 06.03.2025

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Mərhələnin ikinci oyun günündə azarkeşlər daha dörd oyun izləyiblər. Günün ilk Oyununda Niderlandda baş tutub. Rotterdam təmsilçisi "Feyenoord" doğma meydanda İtaliyanın "İnter" klubuna 0:2 hesabı ilə məğlub olub. Gecənin ən maraqla gözlənilən oyunlarından biri Parisdə təşkil olunub. PSJ doğma azarkeşlər önündə İngiltərənin "Liverpul" klubunu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb -0:1. Günün digər oyununda İspaniyanın "Barselona" klubu Portuqaliyada "Benfika"ya minimal hesabla qalib gəlib. Kataloniya klubu ilk yarıda azlıqda qalmasına baxmayaraq İspaniyaya 1:0 hesablı qələbə ilə yollanıb. İki alman klubunun "Bavariya” - "Bayer 04” duelində isə meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib. Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları martın 11-12-də keçiriləcək


15553 oxunub

InvestAZ